Bakıda maşın kirayəsi: “Günü 3500 manata da maşınımız var” » Regionxeberleri.com Bakıda maşın kirayəsi: “Günü 3500 manata da maşınımız var” » Regionxeberleri.com

reklam
» » Bakıda maşın kirayəsi: “Günü 3500 manata da maşınımız var”

reklam

Bakıda maşın kirayəsi: “Günü 3500 manata da maşınımız var”

Bakıda son vaxtlar kirayə avtomobil şirkətlərinin də müştəriləri azalıb. Azərbaycanda o qədər də geniş yayılmayan və nisbətən yeni xidmət növü olan avtomobil kirayəsi ilə məşğul olanlar deyirlər ki, əsasən, ölkədə iri beynəlxalq tədbirlər və idman yarışları keçiriləndə müştəriləri çox olur. O da yaz-yay aylarında. Payız və qış aylarında isə avtomobil kirayəsi ilə məşğul olan şirkətlərin müştəriləri azalır.
Bu barədə virtualaz.org-a avtomobil icarəsi ilə məşğul olan şəxslər bildiriblər. Onların sözlərinə görə, hazırda qiymətlərdə enmə olmasa da, şirkətlərin nominal gəlirləri azalıb. Qiymətlər isə belə görünür ki, heç də aşağı deyilmiş. Hazırda paytaxtın avtomobil kirayə bazarında günlük qiymət 45 manatdan başlanır. Avtomobilin icarə qiyməti markasından, buraxılış ilindən, getdiyi yoldan asılı olaraq dəyişir. İcarə bazarında orta qiymət isə sutkalıq 200-250 manat hesab olunur. Lakin bahalı markalardan olan avtomobillər arasında sutkası 2000-3000 manat olan avtomobillərə də rast gəlinir.
“Karavan” avtomobil kirayəsi şirkətinin direktoru Emil Cənnətovun sözlərinə görə, Azərbaycanda avtomobil kirayəsinin ən aktiv dövrü may-oktyabr aylarıdır. Lakin ölkədə bayramlar, xüsusi tədbirlər və dünya şöhrətli müğənnilərin səfəri zamanı da pul qazana bilirlər.
                 
 

Şirkət rəhbəri deyir ki, hazırda icarə ilə məşğul olan şirkətlərin zəifləməsinin əsas səbəbi bu fəaliyyətlə məşğul olan və daha ucuz avtomobil təklif edən fiziki şəxslərdir:
“Hazırda Azərbaycanda avtomobil kirayəsi ilə məşğul olan şirkətlərin gəlirləri azalıb. Əvvəllər daha yaxşı idi, çünki dollar manata nisbətən daha sərfəli idi. Biz qiymətləri artırmamışıq, amma gəlirlərimiz dollar ekvivalentində aşağı düşüb. Digər tərəfdən isə, rəqabət çoxalıb, fiziki şəxslər öz avtomobillərini xeyli ucuz təklif edirlər. Lakin onlarda qiymət ucuz olsa da, servis və avtomobillərin keyfiyyəti çox aşağıdır”, - deyə E.Cənnətov bildirir.
Bu şirkətin müştərilərə təklif etdiyi kirayə avtomobillərin qiyməti müxtəlifdir. Şirkət 50 manatdan başlayaraq 3500 manata qədər müxtəlif qiymətə avtomobillər təklif edir. “Elə toy maşınlarımız var ki, günü 3500 manatadır. Müştərilərimiz arasında Bakıya səfər edən məşhurlar da olur. Məsələn, rusiyalı ulduz Timati Bakıda bizim avtomobillə gəzib”, - şirkət rəhbəri deyir.
                         
                            
Bəzi şirkətlər avtomobil kirayəsi ilə birlikdə sürücünü də kirayə verirlər. “Avto rent” avtomobil kirayə şirkətinin əməkdaşı Haldun Novruzzadənin sözlərinə görə, bu zaman qiymət də bahalaşır: “Bizim şirkətdə avtomobil kirayəsi 45 manatdan başlanır və davam edir. Orta qiymət isə təxminən 250-350 manat arasında dəyişir. Amma sürücü ilə qiymətlərimiz fərqlidir. Məsələn sürücüsüz 350 manata kirayə verdiyimiz avtomobilin qiyməti sürücü ilə 600-800 manat arasında dəyişir”, - deyə H.Novzuzzadə bildirir.
2008-ci il istehsalı “Toyota Camry”, “Hyundai Sonata”, “Hyundai Tucson”, “Toyota Prado” markalı avtomobillərin qiymətləri 60-90 manat arasında dəyişir. 2011-ci il istehsalı “Toyota Land Cruiser” 150 manat, “KİA Sportage”, “Hyundai IX-35i” 60 manat, “Nissan Sentra” 50 manatdır.
Avtomobil kirayəsi ilə məşğul olan şəxslər deyirlər ki, ən çox müraciət edən müştərilər əvvəllər ancaq əcnəbilər idisə, artıq onların arasında yerli əhalinin də sayı artıb. Turistlərlə yanaşı, yerli iş adamları, avtomobili təmirdə olanlar, rayonlara gəzməyə gedənlər də sutkalıq avtomobil kirayəsi üçün salonlara üz tuturlar.


Paylaş:


Müəllif : Tarix:
15-04-2017, 21:02
  


loading...