reklam
» » Tam orta təhsilini başa vura bilməyən şagirdlərə MÜJDƏ

reklam

Tam orta təhsilini başa vura bilməyən şagirdlərə MÜJDƏ

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini başa vura bilməyən şagirdlər üçün 11-13 may tarixlərində eksternat imtahanları keçiriləcək.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeydiyyat və sənəd qəbulu aprelin 3-dən 21-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılıb. Tam orta təhsil səviyyəsi üzrə eksternat imtahanlarında iştirak etmək üçün 412 ərizə qeydiyyata alınıb.

Eksternat imtahanları 45 nömrəli tam orta məktəbdə keçiriləcək.

İmtahana gələrkən imtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini təqdim etmək vacibdir.

Məqbul qiymət almış şəxlərin siyahısı mayın 23-dək baku.edu.gov.az saytında yerləşdiriləcəkdir. Eksternat imtahanlarından uğur qazanan şəxslərin tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir. Eksternlər buraxılış imtahanları barədə Dövlət İmtahan Mərkəzinin saytına ( www.dim.gov.az) daxil olaraq məlumat əldə edə bilərlər.


Paylaş:


Müəllif : Tarix:
10-05-2017, 11:03
  


loading...
Загрузка...