reklam
» » ABŞ HDQ-nin kontr-admiralı korrupsiyaya görə məhkum olunub

reklam

ABŞ HDQ-nin kontr-admiralı korrupsiyaya görə məhkum olunub

ABŞ-ın Kaliforniya ştatının Federal Dairə Məhkəməsi korrupsiya işi üzrə ABŞ Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Robert Gilbonu 18 ay müddətinə azadlıqdan məhrum edib.

RegionXeberleri.com report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin bəyanatında deyilir.
Nazirlikdən bildiriblər ki, R.Gilbo federal hökumət tərəfindən ittiham üzrə cinayətdə günahkar bilinən ABŞ HDQ-nin həqiqi hərbi xidmətdə olan ilk kontr-admiralı olub.

O, “kök Leonard” işi üzrə doğru məlumat vermədiyini etiraf edib. Söhbət Sinqapurun “Glenn Defence Marine Asia” şirkətinin sahini Leonard Qlenn Frensisin hiylələri ilə bağlı məhkəmə çəkişmələrindən gedir. Onun şirkəti 20 ildən artıq müddətdə Asiya limanlarında ABŞ gəmilərinin sahil xidmət ilə məşğul olub.

İstintaq Frensisin Hərbi Donanmadakı bağlantılarından istifadə edərək ABŞ hərbi gəmilərinin və sualtı qayıqlarının hərəkət marşrutunu öyrənib. Dostları isə rüşvət qarşılığında gəmilərin məhz onun nəzarəti altında olan limanlarına istiqamətlənməsini təmin edib.

2013-cü ilin sentyabr ayında ABŞ xüsusi xidmət orqanları L.Q.Frensisi həbs edib və sonradan o, fırıldaqçılıqda günahkar bilinərək məhkum edilib.


Paylaş:


Müəllif : Tarix:
18-05-2017, 13:41
  


loading...
Загрузка...