FETÖ-nü axtarırdılar, onu tapdılar - Düz 20 il dövləti aldadıb » Regionxeberleri.com FETÖ-nü axtarırdılar, onu tapdılar - Düz 20 il dövləti aldadıb » Regionxeberleri.com

reklam
» » FETÖ-nü axtarırdılar, onu tapdılar - Düz 20 il dövləti aldadıb

reklam

FETÖ-nü axtarırdılar, onu tapdılar - Düz 20 il dövləti aldadıb

15 İyul çevriliş cəhdinin ardından FETÖ istiqamətində başladılan istintaq çərçivəsində ortaya çox maraqlı nəticələr çıxır.

Habertürk xəbər verir ki, Hülya Ö. adlı qadın 1996-cı ildə Nevşehirdə vəzifəyə başlayıb. Müxtəlif illərdə müəllimlik etdikdən sonra 2004-cü ildə Konyaya təyinat alıb. Səlcuqlu İlçesi Adil Karaağaç Peşə və Texniki Anadolu Liseyində sənaye avtomatlaşdırma ixtisası üzrə müəllimlik edən Hülya Ö. son 1 ildə eyni məktəbdə müdir köməkçisi işləyirmiş.

Konyadakı araşdırma əsnasında təsadüfən Hülya Ö.-nün universitet məzunu olmadığı və diplomunun da saxta olduğu təyin olunub. Milli Təhsil Nazirliyi dərhal hərəkətə keçərək saxta müəllimin vəzifəsinə xitam verib və prokurorluğa cinayət elanıyla şikayət edib. Şikayət ərizəsində Hülya Ö.-nün 20 il ərzində aldığı maaşın qaytarılması ilə birlikdə təhsildə saxtakarlıq və fırıldaqçılıq səbəbiylə cəzalandırılması istənilib.

Nəzarətə alınan saxta müəllim Hülya Ö. məhkəmənin qərarı ilə şərti olaraq sərbəst buraxılıb. Konya Baş Prokurorluğunun icra etdiyi istintaq nəticəsində Hülya Ö.-dən 20 illik maaşının geri qaytarılması üçün iddia qaldırılıb.



Paylaş:


Müəllif : Tarix:
26-01-2017, 09:26
  


loading...