X
Kiyevdəki partlayış terror hadisəsidir - Ukrayna DİN » Regionxeberleri.com Kiyevdəki partlayış terror hadisəsidir - Ukrayna DİN » Regionxeberleri.com

reklam
» » Kiyevdəki partlayış terror hadisəsidir - Ukrayna DİN

reklam

Kiyevdəki partlayış terror hadisəsidir - Ukrayna DİN

Ukrayna Daxili İşlər Nazirliyi Kiyevdə avtomobildə sürücünün ölümü ilə nəticələnmiş partlayışı terror hadisəsi kimi qiymətləndirib. Trend-in məlumatına görə, Ukrayna DİN yaydığı xəbərdə ölənin 1978-ci il təvəllüdlü hərbçi zabit olduğunu və partlayışın avtomobildəki partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyini açıqlayıb.

X X X

Saat 11:11

Kiyevdə partlayış baş vermiş avtomobildə xəsarət alan sürücü ölüb. Trend-in məlumatına görə, bu barədə Kiyev Milli Polis İdarəsinin mətbuat xidməti xəbər verib.

X X X

Ukraynanın paytaxtında partlayış baş verib. Trend-in məlumatına görə, partlayış barədə xəbəri Kiyev Polis İdarəsinin mətbuat xidməti Oksana Blişik təsdiqləyib.

Məlumata görə, partlayış avtomobildə baş verib. Partlayış nəticəsində 1 nəfər xəsarət alıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Xidmətinin əməkdaşları cəlb olunub.

Partlayışın səbəbləri məlum deyil, araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
27-06-2017, 13:00
  


loading...