X
«Fransa ABŞ-ın vassalı olmayıb və olmayacaq!» » Regionxeberleri.com «Fransa ABŞ-ın vassalı olmayıb və olmayacaq!» » Regionxeberleri.com

reklam
» » «Fransa ABŞ-ın vassalı olmayıb və olmayacaq!»

reklam

«Fransa ABŞ-ın vassalı olmayıb və olmayacaq!»

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, «Respublikaçılar» partiyasından Fransa prezidentliyinə namizəd, ölkənin sabiq Baş naziri Fransua Fiyon Parisdə keçirdiyi seçkiqabağı mitinqdə 15 minlik auditoriya qarşısında çıxışı zamanı bəyan edib ki, Fransa «ABŞ-la dost və müttəfiqdir, ancaq bununla yanışı, Fransa heç kimin vassalı deyil».
Xəbəri «AFP» agentliyi yayıb.

«İndi cənab Trampın Amerikası ortaya çıxıb və oxşayır ki, onun maraqlarına uyğun davranmaq isitəməyən hər kəsi tabe olmağa məcbur etmək niyyətindədir. Amerikalılar – bizim dostlarımızdır, müttəfiqlərimizdir. Ancaq Fransa heç vaxt, heç bir ölkənin vassalı olmayıb və olmayacaq» – Fiyon bəyan edib.

O, qeyd edib ki, «Avropanın yuxudan ayılmaq və güclü qüvvə, müstəqil və suveren olmaq vaxtıdır».
«Əgər şüar seçmək ehtiyacı yaranarsa, mən, bircəsini seçərdim – Azad Fransa!» – deyə, siyasətçi qeyd edib. Bununla, Fiyon İkinci dünya müharibəsi dövründə Fransanın azadlığı uğrunda Hərəkatın şüarını xatırladıb.


Paylaş:


Müəllif : Tarix:
30-01-2017, 15:14
  


loading...