reklam
» » Türkiyə ordusunun rəhbərliyində DƏYİŞİKLİKLƏR oldu

reklam

Türkiyə ordusunun rəhbərliyində DƏYİŞİKLİKLƏR oldu

Türkiyənin paytaxtı Ankarada keçirilmiş Ali Hərbi Şuranın iclasında Türkiyə Silahlı Qüvvələrinin komandanlığında dəyişikliklər baş verib.

Regionxeberleri.com Trend-ə istinadən xəbər verir ki, Şurada qəbul edilən qərarlara əsasən, Quru Qoşunlarının komandanı Yaşar Gülər, Hərbi-Dəniz Qüvvələrinin komandanı Adnan Özbal, Hərbi-Hava Qüvvələrinin komandanı Həsən Küçükakyüz təyin edilib.

Qeyd edək ki, bu gün Türkiyədə Baş Qərargah rəhbəri Hulusi Akarın və Baş nazir Binəli Yıldırımın başçılığı altında Ali Hərbi Şuranın iclası keçirilib.

Xatırladaq ki, Türkiyədə hərbi çevrilişə cəhddən sonra Hərbi Qüvvələrdə aparılan təmizləmələrdən sonra general və admiralların sayı bu ölkədə 40 fazi azalıb. Belə ki, hərbi çevrilişə cəhddən öncə Türkiyədə 236 general və admiral olub, hazırda isə onların sayı 196-dır


Paylaş:


Müəllif : Tarix:
2-08-2017, 17:44
  


loading...
Загрузка...