reklam
» » Oğlunun qatilini edamdan 1 dəqiqə öncə bağışladı - Gözlənilməz...

reklam

Oğlunun qatilini edamdan 1 dəqiqə öncə bağışladı - Gözlənilməz...

Allah-Təala Quranda qatili mümkün olduqda bağışlamağı çox üstün dəyərləndirir...

Ata oğlunu qətlə yetirmiş şəxsi onun edamına cəmi 1 dəqiqə qalmış bağışladı.

Moderator.az xarici İslam saytlarına istinadla yazır ki, gözlənilməz olay Səudiyyə Ərəbistanında baş verib. Bu ölkədə qəbul olunmuş şəriət qaydalarına görə, insan öldürmüş şəxsin başı zərərçəkmişlərin və yaxınlarının gözü qarşısında cəllad tərəfindən kəsilir. Bu dəfə oğlunun qatilinin başı artıq edam kötüyünün üzərində ikən ata gözlənilmədən cinayətkarı bağışladığını bəyan edib.

O, hətta qatilə bağışlanması qarşılığında heç bir şərt də irəli sürməyib. Bu minvalla edamı icra etməli olan rəsmi şəxslər mövcud qanunlara uyğun olaraq qatili birbaşa oradan azadlığa buraxıblar.

P.S. Allahın sonuncu Kitabı Qurani-Kərimdə gerçəkdən haqsız yerə insan öldürmüş şəxsdən qisas alınması, yəni onun öldürülməsi vacib buyurulmuşdur. Bunun əslində bütövlükdə insan cəmiyyətinin həyatının normal şəkildə davamı üçün faydalı bir hökm olduğu bildirilir. Lakin mümkün olduqda qatilin bağışlanması daha üstün əməl sayılır. Və bundan sonra öldürülmüş şəxsin bütün yaxınlarının qəlbindən qisas kinini çıxarması da vacib buyurulur:
“Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qan bahası müqabilində) bağışlanmış (qatil) iləadətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatildə) yaxşılıqla (qan sahiblərinə) “diyə” (qanbahası) verməlidir. Bu, (qisası qan bahası ilə əvəz etmək hökmü)

Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllükvə mərhəmətdir. Bundan (diyə müqabilində bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik edən) kimsəni (qiyamətdə) şiddətli əzab gözləyir!
Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat deməkdir. Ola bilsin ki, (bununla) pis əməldən (qətldən) çəkinəsiniz”(Qurani-Kərim, Bəqərəsurəsi, 178-179-cu ayələr).


Paylaş:


Müəllif : Tarix:
8-08-2017, 09:19
  


loading...
Загрузка...