» » Həbsxanada iğtişaş-37 nəfər öldü

Həbsxanada iğtişaş-37 nəfər öldü

 
Venesuelanın Amasonas ştatında həbsxanada baş vermiş iğtişaşlar nəticəsində 37 nəfər ölüb.
Bu haqda Modern.az Reuters agentliyinə istinadən xəbər verir.  
Venesuela Təhlükəsizlik Xidmətinin Puerto-Ayakuço şəhərində həbsxanada nəzarəti bərpa etmək cəhdi məhkumların müqaviməti ilə qarşılaşıb.
Nəticədə qanlı toqquşmada 37 dustaq ölüb.
Polis əməkdaşları arasında itki barədə məlumat verilmir.


Paylaş:


Müəllif : Tarix:
17-08-2017, 10:39
  
loading...