» » CHP lideri həbs edilə bilər

CHP lideri həbs edilə bilər

 
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu həbs edilə bilər.
Bu barədə Trend Türkiyə KİV-lərinə istinadən məlumat verir.
 
Buna səbəb kimi K.Kılıçdaroğlunun ölkə kəşfiyyatının fəaliyyəti ilə əlaqədar fotomaterialların yayılmasında iştirakı göstərilir.
 
KİV iddia edir ki, bundan əvvəl bu iş üzrə həbs olunmuş CHP-dən olan deputat Enis Berberoğlu istintaq zamanı bu materialları ona məhz müxalif partiyanın liderinin verdiyini bildirib.
 
Qeyd edək ki, məlumat hələ rəsmi təsdiqini tapmayıb.


Paylaş:


Müəllif : Tarix:
17-08-2017, 11:10
  
loading...