» » Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyat keçirəcək

Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyat keçirəcək


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankara və Tehranın PKK-ya qarşı birgə əməliyyat keçirəcəklərini elan edib.
 
Türkioyə KİV-i xəbər verir ki, İranın Baş Qərargah rəisi Məhəmməd Bakeri ilə görüşdən sonra mətbuat konfransı keçirən Ərdoğan ortaq əməliyyatların yaxın vaxtlarda başlayacağını vurğulayıb.
 
“İran və Türkiyə PKK-ya qarşı birgə mübarizə aparacaq. Baş Qərargah rəisləri bu məsələ ilə bağlı ortaq plan üzərində çalışırlar. PKK-nın İranda PJAK adlı qolu var. Onlar həm iranlılara, həm də bizə zərər vururlar2 – deyə prezident deyib.
 
Xatırladaq ki, 2015-ci ilin iyulunda PKK ilə atəşkəsin pozulmasından bəri Türkiyə tərəfi 900 hərbçi və 300 dinc sakin itirib.


Paylaş:


Müəllif : Tarix:
21-08-2017, 14:42
  
loading...