» » Rusiyada güclü yanğın: əhali təxliyə olunur

Rusiyada güclü yanğın: əhali təxliyə olunur

Rusiyanın Rostov şəhərində böyük yanğın baş verib.

Regionxeberleri.com APA-ya istinadən xəbər verir ki, yanğın 10-dan çox evi əhatə edib. Güclü külək alovu sürətlə başqa evlərə də keçirir. Artıq hadisə yerində bir neçə partlayış səsləri də eşidilib.
 
Hadisə yerinə yanğınsöndürmə xidməti və polis əməkdaşları cəlb olunub. Əhali təxliyə edilir. Alov artıq 5 min kvadrat metr əraziyə yayılıb.
 
Yanğının söndürülməsinə "Mi-8" helikopteri də cəlb olunub.


Paylaş:


Müəllif : Tarix:
21-08-2017, 16:30
  
loading...