» » Məkkədə hotel yanır

Məkkədə hotel yanır

Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki hotellərin birində yanğın başlayıb.

RegionXeberleri.com Olke.Az-a istinadən xəbər verir ki, yanğın səbəbindən 600 nəfər təxliyyə edilib. İnsident Məkkə şəhərinin Əl-Əziziyə rayonunda baş verib. Məlumata əsasən, səkkizinci mərtəbədəki kondisionerin xarab olması yanğınla nəticələnib. Hoteldə qalanların böyük əksəriyyəti Türkiyə və Yəmən hacılarıdır. Onlar müqəddəs həcc ziyarəti üçün Məkkəyə təşrif buyurublar.

Qeyd edilir ki, yanğın nəticəsində xəsarət alan olmayıb.


Paylaş:


Müəllif : Tarix:
21-08-2017, 16:52
  
loading...