» » Qırğızıstan hökuməti istefa verdi

Qırğızıstan hökuməti istefa verdi

 
Bu gün Qırğızıstan hökuməti tam tərkibdə istefa verib.

Bu barədə Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov hökumətin avqustun 21-də keçirilən iclasında məlumat verib.

Baş nazir deyib: "Qırğızıstan Sosial-Demokrat Partiyası prezident seçkiləri üçün mənim namizədliyimi irəli sürüb. Oktyabrın 15-də keçiriləcək seçkilərdə iştirak edəcəyəm və hökumətin istefası da bununla əlaqədardır”.

Qırğızıstan Prezidenti Almazbek Atambayev istefanı qəbul edib. O, Sooronbay Jeenbekovla görüşündə ona təşəkkürünü bildirərək deyib: "Prezidentliyim dövründə işlədiyim hökumətlərin ən yaxşısı sizin qurduğunuz hökumət olub”.


Paylaş:


Müəllif : Tarix:
21-08-2017, 17:11
  
loading...