» » Rusiyada aeroport təxliyə edildi

Rusiyada aeroport təxliyə edildi

Rusiyanın Petropavlovsk-Kamçatskiy şəhərində bomba qoylması barədə anonim telefon zəngindən sonra inzibati bina, hava limanı, məktəblər və ticarət mərkəzləri təxliyə edilib.

Regionxeberleri.com Trend-ə istinadən xəbər verir ki, həmin bölgələrdə təhlükəsizlik qüvvələrinin əməkdaşları axtarışlar aparır.

Qeyd olunur ki, hava limanından bir sıra reyslərin təxirə salına biləcəyi istisna olunmur.

Xatırladaq ki, bu gün səhər saatlarında Rusiyanın daha beş şəhərində bomba həyəcanı yaşanmışdı.


Paylaş:


Müəllif : Tarix:
13-09-2017, 12:52
  
loading...