X
İran məşhur alimə ölüm hökmü oxudu » Regionxeberleri.com İran məşhur alimə ölüm hökmü oxudu » Regionxeberleri.com

reklam
» » İran məşhur alimə ölüm hökmü oxudu

reklam

İran məşhur alimə ölüm hökmü oxudu

  Tehran məhkəməsi İsveçin Karolin İnstitutunun və İtaliyanın Şərqi Pyemont İnstitutunun əməkdaşı Əhmədrza Cəlalini ölüm hökmünə məhkum edib.

Bu barədə informasiyanı İtaliya mətbuatı özünün etibarlı mənbələrinə istinadən yayıb. Mətbuat Calalinin tibb müəssisələrinin terror, bioloji, kimyəvi və radioaktiv təhdidlərə qarşı hazırlığının artırılması istiqamətində çalışdığını bildirib.

Qeyd edək ki, Calali 2016-cı ilin aprelində İrana səfər zamanı tutulub. Oktyabrın 21-də isə İnqilab Məhkəməsi onu xarici xüsusi xidmət orqanları ilə əlaqədə ittiham edib.

Catali isə iddiaların hamısını rədd edir. O, həbsinə əsas səbəbin İranın xeyrinə casusluq fəaliyyətindən imtina etməsinin olduğunu bildirib.


Paylaş:


Müəllif : Tarix:
24-10-2017, 14:28
  


loading...