Rusiyanın pensiya ödənişləri üçün vəsaiti qalmayıb » Regionxeberleri.com Rusiyanın pensiya ödənişləri üçün vəsaiti qalmayıb » Regionxeberleri.com

reklam
» » Rusiyanın pensiya ödənişləri üçün vəsaiti qalmayıb

reklam

Rusiyanın pensiya ödənişləri üçün vəsaiti qalmayıb

Rusiyanın pensiya öhdəliklərini yerinə yetirməsi üçün mənbələri tükənib və bu səbəbdən pensiya yaşının artırılması tələb olunur. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu "Arqumenti i fakti" qəzetinə müsahibəsində Rusiyanın keçmiş maliyyə naziri, hazırda Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olan Aleksey Kudrin bildirib.
2016-cı ildə pensiyaların indeksasiya edilmədiyini və birdəfəlik ödəniş edildiyini, bunun isə pensiyaçıların ehtiyaclarını kompensasiya etmədiyini bildirən Kudrin deyib ki, hazırda pensiyaçılara ödənişlərin məhdudlaşdırılması məsələsi müzakirə edilir: "Bu, Pensiya Fondunda vəsaitin bitməsi nəticəsində əmələ gələn problemdir. Pensiyaların tam ödənilməsi üçün vergilərin artırılması isə mümkün deyil".
Eks-nazir qeyd edib ki, "pensiyaların ödənilməsi üçün investisiyalar azaldılmalıdır. Bu isə təhsil, səhiyyə, yeni yolların tikintisi və uşaqların gələcəyinə investisiyaların azaldılması deməkdir".
Kudrin əlavə edib ki, hazırda keçmiş SSSR respublikalarından ancaq Rusiya və Özbəkistanda pensiya yaşı artırılmayıb. "Hazırda 60 yaşlı insan özünü əvvəllər 50 yaşında olan insan kimi hiss edir. Mənim bir çox həmyaşıdım "yaşlanmaya görə pensiya" ifadəsindən inciyir. Qeyd etmək istəyirəm ki, 2-3 il artıq işləyərək pensiyaçılar daha yüksək pensiya alacaqlar. Bu, onlar üçün də xeyirlidir".


Paylaş:


Müəllif : Tarix:
16-11-2017, 15:08
  


loading...