reklam
» » Tərəfdarları Saakaşvilini xüsusi təyinatlıların maşınından qaçırdı - YENİLƏNİB

Tərəfdarları Saakaşvilini xüsusi təyinatlıların maşınından qaçırdı - YENİLƏNİB

Ukraynada hüquq-mühafizə orqanları tərəfindən evindən zorla çıxarılaraq aparılan Mixail Saakaşvili sərbəst qalıb. Lent.az-ın məlumatına görə, siyasətçinin tərəfdarları onu xüsusi təyinatlılara məxsus mikroavtobusun içərisindən çıxarmağa nail olub. Saakaşvilinin  tərəfdarları ilə polis arasında qarşıdurma yaranıb.
 
Hazırda gürcü siyasətçi tərəfdarlarının arasında prezident Poroşenkoya impiçment tələbi ilə yürüyüş keçirir.
 
**
13:50
Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşviliyə qarşı dövlət hakimiyyətinin devrilməsinə cəhd ittihamı irəli sürülüb.
 
Lent.az-ın trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə onun vəkili Pavel Boqomazov bildirib.
 
Qeyd edək ki, bu gün Kiyev polisi M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparıb. M.Saakaşvili isə yaşadığı binanın damına çıxaraq polisi intihar edəcəyi ilə hədələyib. Qısa müddət sonra hüquq-mühafizə orqanları əməkdaşları M.Saakaşvilini yaşadığı binanın damında saxlayıb.
 
 
12:09
 
Mixail Saakaşvilinin tərəfdaşları sosial şəbəkələrdə onun saxlanılması barədə məlumat yayıblar. Məlumatda isə bunlar bildirilir:
 
"Onu binanın damından götürdülər, hara apardıqları hələlik məlum deyil".
 
11:31
 
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Kiyevdəki mənzilində yoxlama aparılacağı təqdirdə özünü damdan atacağını bildirib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu gün səhər Ukrayna xüsusi xidmət orqanları Saakaşvilinin mənzilində yoxlama aparmağa gəlib.
 
Amma onlar gəlməmişdən əvvəl Saakaşvili mənzilinin qapısını bağlayaraq, yaşadığı binanın çardağına çıxıb. O bildirib ki, əgər hüquq-mühafizə orqanı əməkdaşları qapını sındırıb içəri girsə, özünü damdan atacaq.


Paylaş:


Müəllif : Tarix:
5-12-2017, 16:40
  
loading...