reklam
» » İran yenə silkələndi

İran yenə silkələndi

İranın cənub-qərbində 4,2 bal gücündə zəlzələ olub.

Regionxeberleri.com Trend-ə istinadən xəbər verir ki, təkanlar Buşəhr şəhəri yaxınlığında qeydə alınıb.

Yeraltı təkanlar 20 km dərinlikdə olub. İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, ötən gün İranda 4,9 və 3,8 bal gücündə iki zəlzələ qeydə alınıb.

Xatırladaq ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında baş verən 7,2 bal gücündə zəlzələdə 569 nəfər həlak olub. Yeraltı təkanlar BƏƏ, Küveyt və İsraildə də hiss olunmuşdu.


Paylaş:


Müəllif : Tarix:
6-12-2017, 16:47
  
loading...