X
İranda 10 nəfər edam olundu » Regionxeberleri.com İranda 10 nəfər edam olundu » Regionxeberleri.com

reklam
» » İranda 10 nəfər edam olundu

reklam

İranda 10 nəfər edam olundu

İranda narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan daha 10 nəfər edam edilib.

 
Bununla bağlı İran hüquq mühafizə orqanları məlumat yayıb.

Məlumata əsasən, müttəhimlərdən 7-si İranın Qum şəhərinin Ləngrud həbsxanasında, 3-ü isə ölkənin Sistan-Bəlucistan əyalətinin Zabül şəhərinin həbsxanasında dar ağacından asılıb.

Qeyd edək ki, son illər İranda edamların sayının kəskin artması beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olur. İran İslam Respublikası ölkədə çıxarılan ölüm hökmlərinin sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.



Paylaş:


Müəllif : Tarix:
14-02-2017, 10:39
  


loading...