reklam
» » Yəməndə hava zərbələri nəticəsində 27 nəfər ölüb

Yəməndə hava zərbələri nəticəsində 27 nəfər ölüb

Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin endirdiyi hava zərbəsi  nəticəsində Yəmənin Hodeyda şəhərində 20 üsyançı husi həyatını itirib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Taiz şəhərində mərminin mülki vətəndaşları daşıyan nəqliyyat vasitəsinə düşməsi 7 nəfərin ölümünə səbəb olub. Onların arasında uşaqların da olduğu bildirilir.

Yəməndə üsyançı husilər (“Ənsər Allah” hərəkatı) və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd  Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.


Paylaş:


Müəllif : Tarix:
16-12-2017, 10:01
  
loading...