reklam
» » Suriyada Rusiya aviabazasına yenə hücum olub – Kustar dronlarla

reklam

Suriyada Rusiya aviabazasına yenə hücum olub – Kustar dronlarla

Ötən gün yanvarın 6-da axşam saatlarında Rusiyanın Suriyadakı Hmeymim aviabazasına yeni hücum olub.

Bu haqda terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4” Telegram-kanalı məlumat yayıb.

“Rusiyameylli fəallar xəbər verir ki, Rusiya hərbçiləri tərəfindən hərbi bazaya hücum edən bir neçə dron vurulub. Bu hücum nəticəsində bazaya hansı zərər dəyə biləcəyi məlum deyil. Kustar üsulla düzəldilmiş pilotsuz uçan aparatlar eynilə kustar üsulla düzəldilmiş partlayıcılarla təchiz edilir, lakin kütləvilik hesabına bu dronlar açıq hava altında dayanan aviatexnikaya zərər vura bilər”-kanalın müəllifləri bildirir.

Habelə bildirilir ki, Hmeymim aviabazasının dekabrın 31-də minomyotlardan atəşə tutulmasından sonra Suriyada Bəşər Əsəd rejiminə qarşı çıxan qüvvələr tərəfindən bazaya qarşı genişmiqyaslı informasiya hücumu başladılıb. “İnformasiya hücumunu İdlib bandalarının təbliğatçıları təşkil edirlər. Onlar “Azad ələvilər hərəkatı” adlı hansısa hərəkat da yaradıblar və “məhz ediləcək” texnikanı sadalamağa başlayıblar. Bunların arasında S-400 zenit-raket kompleksinin “məhv ediməsi və ya zədələnməsi” də yer alır”-məlumatda deyilir.

Xatırladaq ki, yaraqlıların dekabrın 31-də Hmeymim aviabazasına hücumu nəticəsində 7 təyyarə sıradan çıxarılıb. İki hərbçi həlak olub, 10-u yaralanıb. Bu, Rusiyanın Suriya hərbi kampaniyası ərzində məruz qaldığı ən ciddi zərbədir və prezident Putinin Suriyada terrorçular üzərində qələbəni elan edib qoşunların qismən çıxarılması barədə əmrindən sonraya təsadüf edir. (Virtualaz.org)



Paylaş:


Müəllif : Tarix:
7-01-2018, 15:51
  


loading...
Загрузка...