» » Prezidentin kürəkəni güllələndi - Ölkə ŞOKDAFOTOLAR

Prezidentin kürəkəni güllələndi - Ölkə ŞOKDA\FOTOLAR

Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni, qızı Annanın həyat yoldaşı Qiqi Çiçua güllələnib.

Hadisə yanvarın 11-də Tiflisdə Balançivadze küçəsində baş verib.

Q. Çiçua xəstəxanaya yerləşdirilib.

Silahlı insidentlə bağlı ətraflı məlumat verilmir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də ekspert-kriminalistlər cəlb olunublar.

Gürcüstan DİN-dən prezidentin kürəkəninin yaralanması ilə bağlı məlumatı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Anna Marqvelaşvili Gürcüstan prezidentinin birinci evliliyindən olan qızıdır. O, dicey Qiqi Çiçua ilə 2014-cü ilin dekabrında ailə qurub.\qafqazinfo\
 


Paylaş:


Müəllif : Tarix:
12-01-2017, 11:16
  
loading...