reklam
» » Rusiya açıqladı: Bazalara hücumda bu ölkənin əli var

reklam

Rusiya açıqladı: Bazalara hücumda bu ölkənin əli var

Suriyada Hmeymim və Tartus hərbi bazalarına silahlı hücuma cəhd edən pilotsuz uçuş aparatları (PUA) Ukraynada istehsal edilib.

Bu sözləri Rusiya Baş Qərargahının PUA İdarəsi, Emalı və Təkmilləşdirilməsi Departamentinin rəhbəri Aleksandr Novikov deyib.

“Hücuma cəhd edən PUA-lar üzərində aparılan araşdırma göstərdi ki, bunları təkmilləşdirən mütəxəssislər xaricdə, PUA-ların istehsal edildiyi ölkədə təlim görüb. PUA-lar üzərindəki partlayıcılar Ukrayna və bir sıra başqa ölkələrdə istehsal edilmiş ola bilər”, - Novikov bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl13 pilotsuz uçuş aparatı sözügedən bazalara hücuma cəhd edib. Rusiyaya məxsus hərbi təyyarələr hücumun qarşısını alıblar.


Paylaş:


Müəllif : Tarix:
11-01-2018, 20:03
  


loading...
Загрузка...