reklam
» » ABŞ İranı «nişangah»a alıb! - SƏBƏB?

reklam

ABŞ İranı «nişangah»a alıb! - SƏBƏB?

Amerika Birləşmiş Ştatları (ABŞ) İran İslam Respublikasına (İİR) qarşı yeni sanksiyalar tətbiq edə bilər. Bu barədə, Ağ Evdə keçirilən brifinqdə ABŞ maliyyə naziri Stiven Mnuçin bəyan edib.

«Siz, əlavə sanksiyaların meydana gəlməsini gözləyə bilərsiniz» – deyə, nazir bildirib.

Xatırladaq ki, bundan əvvəl Birləşmiş Ştatlar artıq İranın vəzifəli şəxslərinə qarşı bir sıra sanksiyalar tətbiq edib. Onlar «terrorçuluğa dəstək vermək»də və raket proqramı ilə əlaqəli olmaqda günahlandırılır.

Açıq-aşkar görünür ki, ABŞ İranı sadəcə «qaralayıb». Bu da məntiqi sual yaradır: Səbəb nədir?

Məntiqi sualın, məntiqi də cavabı olar: ABŞ adlı dövlət beynəlxalq sionizmə qullur edir – sionizm isə İranın iqtisadi və bölgəsəl güclənməsindən bərk əndişələnir, vəssalam.



Paylaş:


Müəllif : Tarix:
12-01-2018, 17:09
  
loading...