reklam
» » Afinada minlərlə insan küçələrə çıxıb

reklam

Afinada minlərlə insan küçələrə çıxıb

Bu gün Yunanıstanın paytaxtı Afinada kreditorların tələbi ilə tətbiq edilən sərt iqtisadiyyat tədbirlərinə qarşı kütləvi etirazlar davam edib.

“Report” Yunanıstan KİV-inə istinadən xəbər verir ki, cümə günü Afina küçələrinə, təxminən, 9 min adam çıxıb və bu, şəhərin bəzi yerlərində tıxaclara səbəb olub.

Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb.

Nümayişçilər ölkədə yeni iqtisadi tədbirlər haqqında qanuna qarşı çıxırlar. Parlamentdə qanun layihəsi üzrə səsvermə yanvar 15-nə təyin edilib.

Qeyd olunur ki, yanvarın 15-də Yunanıstanda nümayişlər bərpa ediləcək.



Paylaş:


Müəllif : Tarix:
12-01-2018, 20:09
  


loading...
Загрузка...