reklam
» » Ailə 1 milyardlıq layihəyə mane ola bilər

reklam

Ailə 1 milyardlıq layihəyə mane ola bilər

İngiltərənin "Çelsi" klubu doğma "Stemford Bric" arenasını yeniləmək və genişləndirmək niyyətindədir.

Regionxeberleri.com bildirir ki, Milli.Az Daily Mail-ə istinadən bildirir ki, rusiyalı milyarder Roman Abramoviçə məxsus klub arenanın yenidən tikilməsinə 1 milyard funt-sterlinq xərcləmək niyyətindədir.

Lakin arenanın şərq divarlarının yaxınlığında yaşayan Krosuayt ailəsi tikintini dayandıra bilər. Ailə Hammersmit və Fulhem Ali Şurasına şikayətlənərək "Stemford Bric"in inşası başa çatandan sonra gün işığından məhrum olacağını bildirib.

Krosuayt ailəsi stadionun yaxınlığında, "Stamford Cottages" adlanan səmtdə yaşayır.

"Stemford Bric" stadionunun tikintisi başa çatandan sonra, gerçəkdən də, Krosuayt ailəsinin evinə Günəş işığının düşməsi ilə bağlı problemlər yaranacaq.

Hammersmit və Fulhem Ali Şurası məsələni araşdırmağa başlayıb.

Britaniya qanunvericiliyindəki "Gün işığı hüququ" prinsipinə əsasən, əgər ailənin iddiası təsdiqlənərsə, stadionun inşası məhkəmə qərarı ilə dayandırıla bilər.

"Çelsi" klubu ailənin iddialarını təmin etmək üçün Krosuaytlara müvafiq təzminat ödəməyə hazır olduğunu bəyan edib.

Nikol və Lüsinday Krousaytlar, habelə onların övladları Rouz və Lüis isə "Çelsi"nin onları pulla ələ alaraq susdurmağa çalışdıqlarını deyiblər.

"Çelsi" klubu 60 min yerlik yeni arenanın inşasını 2024-cü ildə başa vurmaq niyyətindədir.


Paylaş:


Müəllif : Tarix:
13-01-2018, 12:18
  


loading...
Загрузка...