reklam
» » Ukraynada "qızılca bəlası"ndan ölənlər var

reklam

Ukraynada "qızılca bəlası"ndan ölənlər var

Rusiya hökuməti Ukrayna ilə sərhəd məntəqələrdə sanitar nəzarəti gücləndirib.

Regionxeberleri.com - un Trend-ə istinadən məlumatına görə, qərar Ukraynada tüğyan edən qızılcaya yoluxma ilə əlaqədar qəbul edilib.

Belə ki, son 11 ay ərzində 3000-dən çox insanda qızılcaya yoluxma faktı aşkarlanıb.

Daha pis vəziyyət İvano-Frankovski, Zakarpatiya vilayətlərində qeydə alınıb. Odessada isə 3-ü uşaq olmaqla, 5 nəfər qızılcadan ölüb.

Kiyevdə qızılcanın belə geniş yayılmasının səbəbi olaraq uşaqların vaxtında peyvənd olunmaması göstərilib.


Paylaş:


Müəllif : Tarix:
15-01-2018, 09:48
  
loading...