X
Afrini türk qorxusu bürüdü – Bayraqlar endirildi » Regionxeberleri.com Afrini türk qorxusu bürüdü – Bayraqlar endirildi » Regionxeberleri.com

reklam
» » Afrini türk qorxusu bürüdü – Bayraqlar endirildi

reklam

Afrini türk qorxusu bürüdü – Bayraqlar endirildi

Türkiyənin Afrinlə sərhəddə yerləşən Kilis bölgəsinin Ağcabağlar və Dəmirişıq kəndlərindən PYD-YPG mövqeləri müşahidə olunub.

Regionxeberleri.com Axar.az - a istinadən xəbər verir ki, əraziyə yollanan “Anadolu” agentliyinin əməkdaşları terrorçu mövqelərində təşkilata məxsus rəmzlərin aradan qaldırıldığını bildiriblər.

Eyni zamanda, daha əvvəl 5 rus bayrağının dalğalandığı ərazidə hazırda sadəcə 1 bayrağın asılması diqqət çəkib. Terrorçuların xüsusilə strateji əhəmiyyətli yüksəkliklərdə beton müşahidə nöqtələri qurduqları və bir sıra yerlərdə səngərlərin qazıldığı nəzərə çarpıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir qədər əvvəl Afrin əməliyyatı ilə bağlı hazırlıqların tamamlandığını bildirmişdi. Artıq terrorçuların mövqelərinə ilk zərbə də endirilib, 30 silahlı zərərsizləşdirilib.


Paylaş:


Müəllif : Tarix:
17-01-2018, 11:38
  


loading...