X
Mark Zukerberq 107 metrlik üzən saray aldı – FOTO » Regionxeberleri.com Mark Zukerberq 107 metrlik üzən saray aldı – FOTO » Regionxeberleri.com

reklam
» » Mark Zukerberq 107 metrlik üzən saray aldı – FOTO

reklam

Mark Zukerberq 107 metrlik üzən saray aldı – FOTO

 “Facebook”un (bazar dəyəri 521 milyard dollardır) yaradıcısı Mark Zukerberqin dəyəri 195 milyon dollar olan 107 metrlik lüks gəmisinin fotoları yayılıb. 

 74 milyard dollar sərvətə sahib Zukerberq gəmini sentyabrda Monakoda təşkil olunan sərgidə bəyənərək gizli şəkildə alıb.

Gəmi bundan əvvəl Yeni Zelandiyadan olan milyarderə məxsus olub. Bölgənin ən varlı vətəndaşı olan Graame Hartt lüks gəmi kolleksiyasına sahibdir. Hartt iş həyatına sıfırdan başlayıb. O, sürücü, satıcı işləyib. Hazırda 7,4 milyard dollar sərvətə və “Rank Group” şirkətinə sahibdir. 

“Ulyseses” adlanan gəmi xüsusi dizayn edilib. Belə ki, gəminin içərisində 24 metr uzunluğunda köməkçi gəmi, helikopter qarajı, motosiklet, 4x4 bir avtomobil var. Gəmi ilə ilin dörd fəslində səyahət etmək mümkündür. Belə ki, nəqliyyat vasitəsi fırtınaya, ən pis hava şəraitinə dözümlüdür. Gəminin aylıq xərci iki milyon dollardır. 

Onu da qeyd edək ki, gəmi 2016-cı ildən satışa çıxarılıb. Məhz bu səbəbdən Zukerberq gəmini endirimlə 150 milyon dollara satın alıb. O, artıq beş aydır gəminin xidmətindən istifadə edir. “Ulyseses”i ötən ay Sakit Okean sualarında görüblər. Gəminin digər göstəriciləri: 

107 metr: Gəminin uzunluğu

2230 metr: Gəminin böyüklüyü 

15 ədəd: Gəmidə xüsusi kabin sayı

30 nəfər: Gəmidə qonaq qalacaq şəxslərin sayı 

43 nəfər: Ekipaj üzvlərinin sayı

20 ədəd: Ekipaj otaqlarının sayısı

15 knot: Gəminin ortalama sürəti 

 




Paylaş:


Müəllif : Tarix:
18-01-2018, 17:04
  


loading...