reklam
» » Tiflis spikeri Saakaşvilini Kiyevdən almağa göndərdi

reklam

Tiflis spikeri Saakaşvilini Kiyevdən almağa göndərdi

Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze Ukraynaya gəlib.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Vahid Milli Hərəkat Partiyasından olan deputat Tinatin Bokuçava söyləyib.

Onun sözlərinə görə, Kobaxidze Kiyevə Mixail Saakaşvilinin ekstradisiyası üçün gedib:

“Gürcüstan və Ukrayna Saakaşviliyə qarşı birgə fəaliyyət aparırlar. Bu məsələ Ukrayna Prezidenti Pyotr Poroşenkonun keçən il Gürcüstana səfəri zamanı da müzakirə edilib. Bu gün Saakaşvili Poroşenko və İvanişvili üçün əsas təhdid sayılır”.

Qeyd edək ki, Kobaxidzedən əvvəl Kiyevə Gürcüstan baş prokurorunun müavini də gedib.


Paylaş:


Müəllif : Tarix:
18-01-2018, 17:47
  


loading...
Загрузка...