reklam
» » “Taliban” səkkiz polisi qətlə yetirdi

reklam

“Taliban” səkkiz polisi qətlə yetirdi

Əfqanıstanın cənubunda “Taliban” hərəkatının hücumu nəticəsində azı səkkiz polis əməkdaşı öldürülüb, iki nəfər isə yaralanıb.

“Pajvak” informasiya agentliyinin yaydığı məlumata görə, insident yanvarın 17-də, axşam saatlarında Hilmənd əyalətində baş verib.

Yerli polis idarəsinin rəis müavini Qul Xan silahlıların əyalətin şərqində yerləşən Laşqarqah və Hereşk şəhərləri arasında nəzarət-buraxılış məntəqəsinə hücum etdiyini deyib. Onun sözlərinə görə, toqquşma nəticəsində taliblər də itki verib. Onların sayı bilinmir.

Nəzarət-buraxılış məntəqəsinə hücumun məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

www.oxu.az


Paylaş:


Müəllif : Tarix:
18-01-2018, 18:34
  
loading...