X
Serbiyada Putindən Kosovoya qoşun yeritməsini xahiş ediblər » Regionxeberleri.com Serbiyada Putindən Kosovoya qoşun yeritməsini xahiş ediblər » Regionxeberleri.com

reklam
» » Serbiyada Putindən Kosovoya qoşun yeritməsini xahiş ediblər

reklam

Serbiyada Putindən Kosovoya qoşun yeritməsini xahiş ediblər

“Serbiya” Liqası hərəkatı ölkə rəhbərliyinə müraciət edərək Kosovoda Rusiya sülhməramlılarının yerləşdirilməsinə dair rəsmi Moskva ilə danışıqlar aparılmasını xahiş edib.

Bu barədə hərəkatın saytında məlumat verilir.

“Serbiya Liqası”nın rəhbəri Aleksandr Curcevin sözlərinə əsasən, BMT və EULEX missiyasının qüvvələri Kosovoda serb xalqını alban terrorçulardan müdafiə edə bilmirlər, baxmayaraq ki, onların əsas vəzifəsi regionda sülhün qorunması, sabitlik və əhalinin təhlükəsizliyinin təmin olunmasıdır.

Bununla əlaqədar Curcev Serbiya hökumətini BMT Təhlükəsizlik Şurasının 1244 qətnaməsindən istifadə edərək Kosovoda 999 serb əsgərinin yerləşdirilməsinə çağırıb.


Paylaş:


Müəllif : Tarix:
20-01-2018, 20:09
  


loading...