reklam
» » Kürdlər Rusiyanı xəyanətdə ittiham etdi

reklam

Kürdlər Rusiyanı xəyanətdə ittiham etdi

YPG- kürd özünümüdafiə qüvvələrinin  baş komandanı  Sipan Hemo, Türkiyəni  Suriyada kürdlərin nəzarətində olan Afrin bölgəsinə hücum etmək fikrindən daşındırmadığına görə  Rusiyanı satqınlıqda (xəyanətdə) ittiham edib.

Bu barədə YPG -nin rəsmi səhifəsində bildirilir.

“Faşist türk dövləti  bütün dünyanın göz qarşısında işğala və kürdləri kütləvi şəkildə qətlə yetirməyə başlayıb. Bu işğal və kütləvi qətllərə görə bütün dünya məsuliyyət daşıyır.” deyə Hemonun bəyanatında bildirilir.

YGP lideri kürdlərin xüsusilə Moskvanın davranışından (mövqeyindən???)  yanıqlı olduğunu qeyd edib.

“Rusiya hal-hazırda Türk dövlətinin  müttəfiqidir və bizimlə müharibə astanasındadır. Rusiyayla bizim aramızda sövdələşmələr olub,  ancaq Rusiya bizi satmaqla, bu razılaşmalara məhəl qoymadı”  - deyə  kürd komandiri bildirib.

O, əlavə edib ki, hazırda  kürdlər Moskvanın həqiqi üzünü görüb, və Rusiya “prinsipsiz dövlətə çevrilib”

Yanvarın 20 Afrin rayonunda  Türkiyə  ordu baş qərargahının başçılıq altında Ankaranın terrorçu hesab etdiyi  kürd yaraqlı dəstələrə qarşı əməliyyat başlayıb. Quru qüvvələr qismində Suriya müxalifət qüvvələrinə aid birləşmələrdən istifadə olunur.  Eyni zamanda  hərbi aviasiyadan istifadə olunduğu bildirilir.

Haberturk məlumatına görə, türk silahlı qüvvələri son 48 saat ərzində Afrin istiqamətində sərhəddən  7.5 kilometrə qədər irəliləyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Kremlin Afrindəki əməliyyatın gedişini yaxından izlədiyini bildirib.


Paylaş:


Müəllif : Tarix:
22-01-2018, 19:27
  


loading...
Загрузка...