reklam
» » Bərzanidən Afrin mesajı: Müharibə davam etsə...

reklam

Bərzanidən Afrin mesajı: Müharibə davam etsə...

Müharibə və şiddət problemləri həll etməyəcək.

Bu barədə İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani danışıb.

“Afrindəki mülki itkilərə görə narahatıq. Müharibə və şiddətlə problemlər daha da dərinləşərək böyüyəcək. Afrin istiqamətində hücumların ən qısa müddətdə bitməsinə ümid edirik”, - Bərzani bildirib.

Bərzani həmçinin müharibə davam edəcəyi halda, yeni çətinliklərin qarşıya çıxacağını söyləyib.

Qeyd edək ki, İraq Kürd Muxtariyyətinin Afrindəki kürdlərə Türkiyə ilə mübarizə aparmaq üçün yardım etməyə hazır olduğu bildirilmişdi.


Paylaş:


Müəllif : Tarix:
22-01-2018, 20:08
  
loading...