reklam
» » Trampın Davos çıxışı: fitə basıldı, Fələstini hədələdi - VİDEO - FOTO

reklam

Trampın Davos çıxışı: fitə basıldı, Fələstini hədələdi - VİDEO - FOTO

ABŞ prezidenti Donald Trampın İsveçrənin Davos şəhərində dövlət başçısı qismində ilk dəfə qatıldığı Dünya İqtisadi Forumunun dünənki günü "maraqlı" olub.

Donald Tramın ilk nitqini dinləyicilər soyuq, laqeyd qarşılayıblar. ABŞ prezidentinin çıxışına auditoriya süst reaksiya verib.

Tramp səhnəyə qalxanda və çıxışını başa vuranda onu az qala candərdi alqışlayıblar.

Buna rəğmən, nitq çox böyük diqqətlə dinlənilib.

ABŞ prezidenti Donald Tramp Isveçrənin Davos şəhərində keçirilən Dünya iqtisadi forumundakı çıxışında Amerikanın maraqlarının onun üçün ən yüksək prioritet olacağını bəyan edib. Eyni zamanda o, forum iştirakçılarını ABŞ-ın dünya iqtisadiyyatının məhvəri kimi qalacağına əmin edib.

"Mən həmişə Amerikanı öndə qoyacağam. Necə ki, dünyanın başqa ölkələrinin liderləri öz ölkələrini birinci qoyurlar. Lakin "Amerika Birinci" "Amerika Tənha" demək deyil," Tramp öz nitqində bildirib.

"ABŞ çiçəklənəndə, dünya da çiçəklənir"

Milli.Az Voice of America-ya istinadən bildirir ki, Birləşmş Ştatların prezidenti "Amerika Birinci" ifadəsi ilə qlobal sistemi sarsıdacağına dair narahatlıqları aradan qaldırmağa səy göstərib.

"ABŞ çiçəklənəndə, dünya da çiçəklənir", - o deyib.

Lakin prezident Tramp dünya liderlərinə xəbərdarlıq edib ki, onun ölkəsi ədalətsiz ticarət sövdələşmələrinə razı olmayacaq.

"Biz azad ticarəti dəstəkləyirik, amma bu ticarət ədalətli olmalıdır və qarşılıqlı maraqlara əsaslanmalıdır, çünki ədalətsiz ticarət hamımıza zərbə vurur".

Nitqdən öncə prezident Tramp Ruanda prezidenti Paul Kaqame ilə görüşərək iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmağa səy göstərib. Bu görüş onun Afrika ölkələri haqda nalayiq ifadə işlətməsindən sonra Ruandanın da üzvü olduğu Afrika Birliyinin ABŞ administrasiyasını tənqid etməsindən sonraya təsadüf edir. Prezident Tramp Kaqame vasitəsilə digər Afrika liderlərinə də ehtiramını çatdırıb.

Tramp, həmçinin forum əsnasında İsveçrə prezidenti Alain Bersetlə görüşüb. O, ABŞ-da vergiləri və nizamlamaları azaltmaq amacının İsveçrə üçün də faydalı olacağını vurğulayıb.

"Sizin ABŞ-da çoxlu səhmləriniz var. Odur ki, mən İsveçrənin varlanmasına yardımçı olmuşam", - o bildirib.

Cümə axşamı keçirdiyi görüşlərdə ABŞ prezidenti Donald Tramp İsrail və fələstinlilər arasında sülh danışıqlarının bərpa olunub-olunmyacağını sual edib.

O, bu fikri İsrail baş naziri Benyamin Netanyahu ilə görüşdə açıqlayıb. İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu əsnasında görüş keçirən Tramp fələstinliləri ABŞ vitse-prezidenti Mayk Penslə regiona səfər zamanı görüşmədiklərinə görə hörmətsizlikdə ittiham edib.

 Native Video by Adributor

Tramp Fələstin ərazilərinə hazırda verilən maliyyə yardımını kəsməklə hədələyib.

"O pul masa üzərindədir və onlar sülh danışıqlarına başlamayınca, o pul onlara getməyəcək. Çünki sizə deyə bilərəm ki, İsrail sülh etmək istəyir və vacibdir ki, qarşı tərəf də bunu istəsin, yoxsa biz bu məsələdən əlimizi tam çəkəcəyik", - Prezident Tramp müxbirlərə bildirib.

Bundan öncə Tramp Britaniya baş naziri Tereza Meylə fikir ayrılıqları barəsində deyilənləri "saxta şayiə" adlandıraraq rədd edib və Britaniyanın Avropa İttifaqını tərk etməsindən sonra bu ölkə ilə ticarəti gücləndirəcəyinə söz verib.

"İranın qarşısını kəsmək gərəkdir"

Birləşmiş Ştatların prezidenti nüvə silahının yayılması problemindən də bəhs edib.

"Ümumi təhlükəsizliyimiz hər birimizin vicdanlı fəaliyyətini tələb edir. Administrasiyam Koreya yarımadasının nüvə silahından təmizlənməsi məqsədilə maksimal təzyiqə yönəlmiş kampaniyamızda bütün sivil dövlətlərin birləşməsi üçün BMT Təhlükəsizlik Şurasında və bütün bünyada tarixi səylərinə görə qürurludur", - Tramp deyib.

Daha sonra o, İranın nüvə silahı əldə etmək istəklərinin qarşısının alınmasının vacibliyini vurğulayıb: "Tərəfdaşlarımızı İranın terrorçuları dəstəkləməsinə və nüvə silahına aparan yolda qarşısının kəsilməsinə çağırmaqda davam edirik. Hərbi xərclərə də böyük məbləğdə pullar ayırmışıq, çünki təhlükəsizlik olmadan inkişaf olmaz. Dünyanı vəhşi rejimlərdən, terrorizmdən və təftişçi dövlətlərdən qorumaq üçün dostlarımızın müdafiələrinə pul yatırmağa, müdafiə ilə bağlı öhdəliklərinə əməl etməyə çağırırıq".

"Medianın çirkin olduğunu öyrəndim"

Davosdakı nitqində Donald Tramp media ilə qarşıdurmasından da bəhs edib. Onun sözlərinə görə, "sadəcə biznesmen" olanda jurnalistlər ona yaxşı münasibət bəsləyirdilər. Lakin prezident seçiləndən sonra medianın nə qədər çirkin ola biləcəyini anlayıb.

"Medianın mənə yaxşı münasibəti prezident seçilənədək davam etdi. Sonra anladım ki, media nə qədər çirkin, murdar, saxtakar, yalançı ola bilərmiş", - Tramp deyib.

ABŞ prezidentinin bu sözləri zaldakı jurnalistlər tərəfindən kəskin narazılıqla qarşılanıb. Media mənsubları uğultu səsləri çıxarıblar, Trampı fitə basıblar.

 

Trampın Davos çıxışı

 




Paylaş:


Müəllif : Tarix:
27-01-2018, 10:24
  


loading...
Загрузка...