reklam
» » “Samsung”dan iranlı və şimali koreyalı idmançılara ilginc QADAĞA

reklam

“Samsung”dan iranlı və şimali koreyalı idmançılara ilginc QADAĞA

2018 Qış Olimpiya Oyunlarında iştirak edək bütün idmançılara ağıllı telefon hədiyə edəcəyini açıqlayan Cənubi Koreya şirkəti "Samsung", İran və Şimali Koreyadan olan idmançılara bunu şamil etməyib.

Regionxeberleri.com lent.az-a istinadən xəbər verir ki, "Samsung" şirkəti buna səbəb olaraq ABŞ-ın İran və Şimali Koreyaya sanksiya tətbiq etməsini göstərib.

Şirkət, İran və Şimali Koreyadan olan idmançılara telefon verməyəcəyini açıqlayınca bu Tehranın etirazına səbəb olub.

İranın rəsmi xəbər agentliyi IRNA Cənubi Koreya şirkətinin qərarını "əxlaqdan kənar" adlandırıb. İranın xarici işlər naziri Cavad Zərif də cənubi koreyalı rəsmilərə etiraz edib və oyunları boykot edəcəklərini bildirib.


Paylaş:


Müəllif : Tarix:
13-02-2018, 09:14
  


loading...
Загрузка...