reklam
» » Hakimiyyət-mafiya əlaqələrini araşdıran jurnalistin qətli - Daxili işlər naziri də getdi

reklam

Hakimiyyət-mafiya əlaqələrini araşdıran jurnalistin qətli - Daxili işlər naziri də getdi

 Slovakiyada hakimiyyət-mafiya əlaqələrini araşdıran jurnalistin və rəfiqəsinin güllələnərək öldürülməsinə görə yaranmış siyasi böhran dərinləşir. Virtualaz.org xəbər verir ki, ictimaiyyətin və müxalifətin təzyiqləri altında hökumətin daha bir üzvü-daxili işlər naziri Robert Kalinyak istefa verdiyini elan edib.

Daxili işlər naziri bəyan edib ki, qətlin araşdırılması və günahkarların məhkəmə qarşısında dayanması onun özü üçün olduqca mühümdür. “Bununla belə emosiyalar mütləq maksimuma çatıb. Mən koalisiya üzrə tərəfdaşlarımızın baxışlarını hiss edirəm və ona görə də düşünürəm ki, ölkədə sabitliyi saxlamaq üçün hər şeyi etməliyəm. Bax bu səbəbdən də istefa verirəm”-nazir bildirib.
Kalinyak deyib ki, istefa barədə qərarı könüllü verib və bu barədə baş naziri, parlamenti məlumatlandırıb.

231081_srcTəhqiqatçı jurnalist, 27 yaşlı Yan Kutsiyak və rəfiqəsi ötən ay Bratislava ətrafında qaldıqları evdə güllələnib. Qətli peşəkar killerlərin törətdiyi ehtimal olunur. Onlar hadisə yerində heç bir iz buraxmayıblar. Amma jurnalistin cəsədinin üzərinə bir neçə dolu patron qoyublar. Bu da Kutsiyakın “səhvini” təkrar edənlərin də eyni aqibətlə üzləşəcəynə dair mesajdır.
Avropa İttifaqına üzv olan ölkədə tənqidçi və araşdırmaçı jurnalistin qətli böyük rezonans doğurub. Bu hadisəyə görə mədəniyyət naziri də daxil olmaqla bir neçə yüksək vəzifəli məmur istefa verib. Lakin ictimaiyyət baş naziri Robert Fitsin və daxili işlər naziri Kalinyakın istefasını tələb edirdi.

231082_srcBelə ki, Yan Kutsiyakın təhqiqat obyektlərindən biri də daxili işlər naziri olub.Jurnalist ötən il açıqlanan “Panama sənədləri”indən daxili işlər nazirinin və arvadının adına daşınmaz əmlaklar aşkarlayıb. Habelə o, İtaliya mafiyasının slovakiyalı siyasətçilərlə əlaqələrini də araşdırırdı.

Ötən həftə sonu Bratislavada və Slovakiyanın daha 50 şəhərində izdihamlı nümayişlər keçirilib. Etirazçılar jurnalistin qətlinə görə baş nazirin və daxili işlər nazirinin istefasını, növbədənkənar seçkilərin təyin edilməsini tələb edirdilər.





Paylaş:


Müəllif : Tarix:
12-03-2018, 21:11
  


loading...
Загрузка...