reklam
» » Gürcüstan baş naziri istefaya gedə bilər

reklam

Gürcüstan baş naziri istefaya gedə bilər

Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə hökumətin bir neçə üzvü yaxın zamanlarda öz postunu tərk edə bilər.

Bu barədə “Rustavi 2” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, hökumət başçısının Rusiya rəhbərliyinə ikitərəfli münasibətlərin qurulmasına dair müraciətini əks etdirən məktubunun nəşr olunmasından sonra baş nazirin mümkün gedişi müzakirə olunmağa başlayıb.

Qeyd olunur ki, Kvirikaşvili ilə birlikdə daxili işlər naziri Georgi Qahariya və maliyyə naziri Mamuk Baxtadze də istefaya gedə bilər.


Paylaş:


Müəllif : Tarix:
18-03-2018, 10:34
  


loading...