X
Tramp Putini təbrik etməkdən imtina etdi » Regionxeberleri.com Tramp Putini təbrik etməkdən imtina etdi » Regionxeberleri.com

reklam
» » Tramp Putini təbrik etməkdən imtina etdi

reklam

Tramp Putini təbrik etməkdən imtina etdi

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini seçkilərdə qalib gəlməsi münasibəti ilə təbrik etmək niyyətində olmayıb.

Oxu.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Hoqan Hidli “Reuters”ə verdiyi açıqlamada bildirib.

Rəsmi nümayəndənin sözlərinə görə, Putinin Rusiyada dövlət başçısı seçilməsi Tramp administrasiyası üçün gözlənilməz olmayıb, ona görə də, Ağ Ev rəhbəri Putini telefonla təbrik etməyi planlaşdırmayıb.

“Rusiya ilə əlaqələrimizi inkişaf etdirmək üçün işləri davam etdirəcəyik, Rusiya bizim maraqlara təhlükə yaratsa, onlara sanksiyalar tətbiq edəcəyik. Ancaq eyni zamanda, bizim maraqlara uyğun olacağı təqdirdə əməkdaşlıq üçün imkanlar axtarmağa çalışağıq” deyə Hidli bildirib


Paylaş:


Müəllif : Tarix:
20-03-2018, 09:39
  


loading...