reklam
» » Almaniya mühacir uşaqlar üçün 4 milyard avro ayırdı

reklam

Almaniya mühacir uşaqlar üçün 4 milyard avro ayırdı

Almaniyaya təkbaşına gələn və yetkinlik yaşında olmayan uşaq qaçqınların sayının 61 mini keçdiyi bildirilib. Hökumət uşaqların baxım və təhsili üçün 4 milyard avroya yaxın büdcə ayırıb.

Sol Partiyanın “təkbaşına Almaniyaya qaçan uşaqların vəziyyəti” ilə bağlı verdiyi sorğusuna federal hökumətdən cavab gəlib. Hökumətin verdiyi məlumata görə, ölkələrindən qaçaraq təkbaşına Almaniyaya gələn uşaqlar arasında 16 min 664 nəfər yetkinlik yaşında olan, ümumilikdə isə 61 min 893 yetkinlik yaşına çatmamış kiçik yaşlı şəxslər qeydə alınıb. 9 fevral tarixinə qədər olan məlumatların yer aldığı cavabda federal hökumət ailələri və ya qohumları olmadan gələn uşaqların baxım və təhsilinə 2017-ci il üçün 3 milyard 950 milyonluq bir büdcə ayrıldığını vurğulayıb. Məlum olub ki, Polşa ya da Fransadan təkbaşına Almaniyaya gələn uşaqların ailələri araşdırılır və yenidən ailələrinə təslim edilir. Ancaq Əfqanıstan və ya Afrikadan gələn uşaqların ailələriylə telefon əlaqəsi yaradılsa belə, onlar Almaniyada davamlı yerləşmək üçün gənclik idarələrinə təhvil verilir.

Bir az əvvəl Alman Federal Təhlükəsizlik Təşkilatı 8991 sığınacaq axtaran uşağın itkin düşdüyünü açıqlamışdı. Sorğuya verilən cavabda 2016-cı ildə Almaniyaya çatan heç bir uşaq sığınmaçının ölkədən çıxarılmadığı vurğulanır. Alman mühacir qanununa görə, səlahiyyətlilərin yetkinlik yaşında olmayan sığınmaçıları geri göndərməzdən əvvəl, onların ailələrinin və ya təhvil veriləcək səlahiyyətli bir şəxsin, yaxud təşkilatın olub-olmadığının araşdırılması tələb edilir.



Paylaş:


Müəllif : Tarix:
22-02-2017, 19:57
  


loading...
Загрузка...