X
Senat “İranın kabusu”nu dinləməyə hazırlaşır » Regionxeberleri.com Senat “İranın kabusu”nu dinləməyə hazırlaşır » Regionxeberleri.com

reklam
» » Senat “İranın kabusu”nu dinləməyə hazırlaşır

reklam

Senat “İranın kabusu”nu dinləməyə hazırlaşır

ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsi Mayk Pompeonun dövlət katibi vəzifəsinə namizədliyinin təsdiqlənməsi ilə bağlı dinləmələri aprelin 12-də keçirəcək.

Bu barədə informasiya komitənin saytında yer alıb. Diləmələr zamanı Pompeo senatorların suallarını cavablandıracaq, bundan sonra komitədə onun namizədliyinin təsdiqi məsələsi səsverməyə qoyulacaq. Komitənin səsverməsindən sonra Pompeonun namizədliyinin təsdiqi üçün Senatın ümumi səsverməsi keçiriləcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Dövlət katibi Reks Tillersonu istefaya göndərib. Tramp Tillersonun yerinə bu vəzifəyə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeonun namizədliyini irəli sürüb.

Pompeo İran və Rusiyaya qarşı kəskin siyasət yürüdülməsinin əsas tərəfdarlarından biri sayılır.


Paylaş:


Müəllif : Tarix:
7-04-2018, 10:12
  


loading...