reklam
» » Nikol Paşinyan Ermənistanın baş naziri seçilib

reklam

Nikol Paşinyan Ermənistanın baş naziri seçilib

Ermənistan parlamenti ikinci turda yeni baş naziri seçib.

Regionxeberleri.com “Report”-a istinadən xəbər verir ki, mayın 8-də ölkə parlamentində hökumət başçısı seçkisi keçirilib.

Ermənistanın baş naziri vəzifəsinə "Mənim Addımım" Hərəkatının sədri, parlamentdəki "Çıxış" deputat fraksiyasının rəhbəri Nikol Paşinyan yeganə namizəd olub.

İclasda 105 deputatdan 101-i iştirak edib. Onların 59-u N.Paşinyanın lehinə, 42-si isə əleyhinə səs verib.

Qeyd edək ki, mayın 1-də keçirilən birinci turda Nikol Paşinyanın lehinə cəmi 45 deputat səs verib. Ermənistanın hakim Respublikaçılar Partiyası onun baş nazir seçilməsinin əleyhinə çıxmışdı.

Ölkə konstitusiyasına əsasən, baş nazir ən azı 53 deputatın səsi ilə seçilir.

Xatırladaq ki, parlamentdə deputat fraksiyası olan Respublikaçılar Partiyası (58 deputat), “Tsarukyan” (31 deputat), “Çıxış” (9 deputat), “Daşnaksütyun” (7 deputat) qruplarının hamısı səsverməyə qatılıb.


Paylaş:


Müəllif : Tarix:
8-05-2018, 13:58
  


loading...
Загрузка...