reklam
» » Paşinyan uduzdu: - Sərkisyanın 31 gündən sonra ilk qələbəsi

reklam

Paşinyan uduzdu: - Sərkisyanın 31 gündən sonra ilk qələbəsi

Nikol Paşinyanın yaxın adamı, Vətəndaş Müqaviləsi Partiyasının həmtəsisçilərindən olan Alen Simonyan İrəvan Şəhər Şurasından uzaqlaşdırılıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Mərkəzi Seçki Komissiyası yayıb. Komissiya Simonyanın yerini şurada Yelk Blokunun üzvlərindən birinin tutacağını deyib.

Qeyd edək ki, bundan öncə İrəvan meri Taron Markaryan Mərkəzi Seçki Komissiyasına müraciət edərək, Simonyanı mandatdan məhrum etməsini istəyib. MSK-nın hazırkı qərarından sonra Simonyan Şəhər Şurasından çıxarılıb və yalnız parlamentin deputatı olaraq qalıb.

Alen Simonyan Nikol Paşinyanın İrəvan meri vəzifəsinə əsas namizədi sayılırdı. Paşinyan bundan öncə Simonyana hökumətdə vəzifə vermək istəsə də, sonra Simonyan bundan imtina etmişdi. Simonyanın bu addımından sonra şəhər meriyası qarşısında genişmiqyaslı mitinqlər başlamışdı. MSK-nın qərarından sonra artıq Simonyan Respublika Partiyasından olan Markaryan üçün heç bir təhdid doğurmur.


Paylaş:


Müəllif : Tarix:
24-05-2018, 17:08
  


loading...
Загрузка...