X
Türkiyədə hakim partiyanın deputatına silahlı hücumda ölənlərin sayı 4 nəfərə çatıb - YENİLƏNİB » Regionxeberleri.com Türkiyədə hakim partiyanın deputatına silahlı hücumda ölənlərin sayı 4 nəfərə çatıb - YENİLƏNİB » Regionxeberleri.com

reklam
» » Türkiyədə hakim partiyanın deputatına silahlı hücumda ölənlərin sayı 4 nəfərə çatıb - YENİLƏNİB

reklam

Türkiyədə hakim partiyanın deputatına silahlı hücumda ölənlərin sayı 4 nəfərə çatıb - YENİLƏNİB

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldız və onunla birlikdə seçki kampaniyası aparan təşkilat üzvlərinə silahlı hücumda ölənlərin sayı 4 nəfərə çatıb.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, hadisə nəticəsində, ümumilikdə, 13 nəfər yaralanıb, onlardan 4-ü yerləşdirildiyi xəstəxanada həyatını itirib. Ölənlər arasında deputatın qardaşı Mehmet Ali Yıldız da var.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibət bildirib: "Ötən gün PKK-HDP terror təşkilatı millət vəkilimizin qardaşını hədəf alaraq öldürdü, ailədən bir neçə nəfəri də yaraladı. Ancaq millətimizin hüzurunu qaçırmağa heç kimin haqqı yoxdur".

*** 19:58

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldıza və onunla birlikdə seçki kampaniyası aparan partiya üzvlərinə hücum olub.

"Report"un "Hürriyet"ə istinadən verdiyi məlumata görə, hadisə Şanlıurfa şəhərinin Suruç rayonunda, Cümhuriyyət məhəlləsində qeydə alınıb.

Silahlı insident nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

Naməlum şəxslər hücum zamanı odlu silah, bıçaq və dəyənəklərdən istifadə ediblər.

Türkiyəli millət vəkilinin hadisə nəticəsində xəsarət almadığı, lakin ölənlərdən birinin, yaralananlardan isə dördünün onun qardaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 


Paylaş:


Müəllif : Tarix:
15-06-2018, 10:30
  


loading...