reklam
» » Ölkə haqqında bu sözləri demişdi, həbs olunur - VİDEO

reklam

Ölkə haqqında bu sözləri demişdi, həbs olunur - VİDEO

Misirə turist kimi gedən livanlı qadın ölkə barəsində tənqidi fikirlər səsləndirdiyinə görə 8 il müddətinə həbs cəzası alıb.

Mona em-Mazboh adlı 24 yaşlı qadın Qahirədə saxlanılıb. Onun tutulmasına səbəb kimi sosial şəbəkə hesabında Misir cəmiyyəti barədə tənqidi fikirlər səsləndirməsidir.

Belə ki, Mona Facebook-da 10 dəqiqəlik video yayaraq Misirdə qadınlara qarşı təcavüz hallarının çox olduğunu, restoranlarda müştərilərə xidmətin zəif olduğunu söyləyib və Misiri "fahişə oğulları ölkəsi", misirli kişiləri qadın alverçisi, qadınları isə "fahişə" adlandırıb.

Qeyd edək ki, əvvəl Mona üçün 11 illik həbs cəzası təyin edilsə də, sonradan 8 ilə endirilib.

mənbə: milli.az


Paylaş:


Müəllif : Tarix:
10-07-2018, 12:13
  


loading...
Загрузка...