reklam
» » Fətullah Gülən və 37 nəfərə ÖMÜRLÜK HƏBS TƏLƏBİ - MƏHKƏMƏ BAŞLAYIR

reklam

Fətullah Gülən və 37 nəfərə ÖMÜRLÜK HƏBS TƏLƏBİ - MƏHKƏMƏ BAŞLAYIR

Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi ilə bağlı aparılan əsas cinayət işinin istintaq tədbirləri yekunlaşıb.

Regionxeberleri.com lent.az-a istinadən xəbər verir ki, 15 iyul qiyamının əsas ssenarisini əks etdirən Türkiyə Silahlı Qüvvələrinin baş qərargahının işğalı ilə bağlı iddianamə artıq tamamlanaraq məhkəməyə göndərilib.

2581 səhifəlik ittiham aktında 221 təqsirləndirilən şəxsi adı qeyd edilib. Həmin 221 nəfərdən 38-nə ittiham aktının yekununda 2988 dəfə ömürlük həbs cəzasının verilməsi tələb edilib. Onların arasındakı bir nömrəli şübhəli şəxs qismində isə FETÖ lideri Fəthullah Gülənin adı qeyd edilib.
 
İttiham aktına zərərçəkmişlərin siyahısı da əlavə edilib. Siyahıya Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərərgah rəisi Hülusi Akar da daxildir.


Paylaş:


Müəllif : Tarix:
3-03-2017, 15:06
  


loading...
Загрузка...