reklam
» » Rusiyada vertolyot qəzası nəticəsində 18 nəfər ölüb

reklam

Rusiyada vertolyot qəzası nəticəsində 18 nəfər ölüb

Rusiyanın Sibir diyarının Krasnoyarsk vilayətində "Mi-8" tipli sərnişin vertolyotu qəzaya uğrayıb.

Regionxeberleri.com “Report”-a istinadən xəbər verir ki, ilkin ehtimala görə, onun göyərtəsində 18 nəfər olub və onların hamısı ölüb.

RİA "Novosti" regionun fövqəladə hallar xidmətindəki mənbəyə istinadən yazır ki, 18 nəfərdən 3-ü heyət üzvü olub. Onun sözlərinə görə, vertolyotun göyərtəsində "Ankor" şirkətinin əməkdaşları olub.

Mənbə "Mi-8"in uçuş zamanı qəzaya uğradığını bildirib. Onun düşdüyü yer artıq aşkar edilib. Hava gəmisi qəzaya uğradıqdan sonra yanmağa başlayıb.

İlkin ehtimala görə, qəzaya texniki nasazlıq və ya pilotun səhvi səbəb olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin məlumatına görə, vertolyot İqarka şəhərindən 2 km aralıda sərt eniş edib. Bu, Bakı vaxtı ilə saat 7:20-də baş verib.


Paylaş:


Müəllif : Tarix:
4-08-2018, 10:47
  


loading...
Загрузка...