Terrorçularla əlbir olan şəxs Gürcüstanda saxlanıldı » Regionxeberleri.com Terrorçularla əlbir olan şəxs Gürcüstanda saxlanıldı » Regionxeberleri.com

reklam
» » Terrorçularla əlbir olan şəxs Gürcüstanda saxlanıldı

reklam

Terrorçularla əlbir olan şəxs Gürcüstanda saxlanıldı

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti Batumi şəhərində terrorçularla əlbir olmaq ittihamı ilə axtarışda olan Ruslan Şavadzeni həbs edib.

Bu barədə qurumun bəyanatında bildirilir.

Şavadze 2017-ci il noyabrın 22-də Tbilisi ətrafında keçirilən anti-terror əməliyyatı işi üzrə saxlanılıb.

Əməliyyat zamanı terrorçuluqda ittiham edilən 3 nəfər, o cümlədən İstanbul hava limanında terror aktının ehtimal edilən təşkilatçısı – Əhməd Çatayev məhv edilib.

Xüsusi xidmətlərin məlumatına görə, Şavadze Çatayevlə birgə Türkiyə - Gürcüstan sərhədini qeyri-qanuni keçib. Daha öncə Şavadze qiyabi olaraq 13 il həbs cəzasına məhkum olunmuşdu.

Cinayət işi üzrə istintaq davam edir.


Paylaş:


Müəllif : Tarix:
10-08-2018, 21:51
  


loading...