reklam
» » Son kadrlar: az sonra həlak olacaq uşaqlar hələ deyir, gülürlər - VİDEO

reklam

Son kadrlar: az sonra həlak olacaq uşaqlar hələ deyir, gülürlər - VİDEO

Yəməndə bombalanmış avtobusda olan uşaqların faciəli şəkildə həlak olmalarından cəmi bir neçə saniyə əvvəl çəkilmiş görüntüləri yayılıb.

Səudiyyə Ərəbistanını başçılıq etdiyi koalisiyanın hərbi-hava qüvvələrinin raket zərbələri nəticəsində 42 nəfər həlak olub, 77 nəfər yaralanıb.

Səudiyyə Ərəbistanının təyyarələri Yəmənin şimal-qərbindəki Səada vilayətində yerləşən Dəhyan şəhərini vurublar.

Həlak olanların əksəriyyəti uşaqlardır.

Həmin avtobusdakı uşaqların raket-bomba zərbəsindən cəmi bir neçə saniyə əvvəl çəkilmiş görüntülərində şagirdlər deyib-gülür, sevinirlər.

Dərs ilinin başa çatması münasibətilə gəzintiyə aparılan məktəblilər şadlanırlar.

Videonu da avtobusdakı uşaqlardan biri - Usaiə Heyd əl Hümran çəkib.

Bir neçə saniyədən sonra isə avtobusdakı uşaqlar, o cümlədən videonu çəkən Əl Hümran həlak olublar.

Onların ən kiçiyi 6, ən böyüyü 11 yaşda idilər.

Bombardmanda 40 uşaq həlak olub, 56 uşaq yaralanıb.

Houthi TV-nin verdiyi məlumata görə, yaralı uşaqların aparıldıqları hzospitalın cərrahı Hüseyn Tayibin oğlu da avtobusda həlak olan məktəblilər arasındadır.

"Hospitala çoxlu uşaq cəsədi, yaralı uşaqlar gətirildilər. Yaralılara dərhal yardım etməyə başladıq. Bir müddət sonra cəsədlərə baxanda oğlum Əhmədi tanıdıb. Bağrıma basdım onu, ağladım..." - Hüseyn Tayib söyləyib.

Avtobusda həlak olmuş 7 yaşlı Məhəmməd Əbdel İlanın atası Əbdel İla Məhəmməd dəfn mərasimində deyib: "Mohamməd məktəbdən gəzintiyə aparılacağı üçün çox həyacanlı, çox sevincli idi. Həmin gün səhər 6-da oyanmışdı. Ağ köynək geyindi, anası onu yola saldı. Nə biləydik ki, oğlumuzu son dəfə görürük. İndi balamın tikələrini basdırıram".

Səudiyyə Ərəbistanı uşaqları hədəfə aldığını danır. Koalisiyanın mətbuat katibi Turki əl Maliki deyib: "Biz uşaqları hədəfə almamışdıq. Hədəflərimiz arasında mülki şəxslər olmur. Biz ərazimizə raketlər buraxılan obyekti vurmuşuq".

BMT-nin baş katibi Antoniu Qutyerriş uşaqlarla dolu avtobusun bombalanmasını qətiyyətlə pisləyərək olayın operativ və müstəqil araşdırılmasına çağırıb.

mənbə: milli.az



Paylaş:


Müəllif : Tarix:
14-08-2018, 16:22
  


loading...
Загрузка...